Donmuş Gur-gur şəlaləsi
Tur haqqında
🧪 Nümunə elan: mətn peaksandtrails.az-ın Instagram postlarından hazırlanıb, bələdçi hələ təsdiqləməyib. Qiymət və tarixlər real deyil.
Qışda buz bağlayan Gur-gur şəlaləsinə yürüş. Şəlalə Qrız kəndindən 2.8 km aralıdadır; Qrızdan Xınalığa, Babadağa, Məstərgaha və Qızılqaya silsiləsinə mənzərə açılır.
Təbiət yürüşlərinin ən asanlarından biridir, yeni başlayanlar üçün də uyğundur. Məsafə 6 km (gediş-dönüş). Qayıdışda Qrızda çay fasiləsi.
Proqram: 06:30 görüş · 07:00–11:00 Bakı–Quba · 11:00–12:00 Quba–Qrız (yolsuzluq maşını) · 12:00–16:00 şəlaləyə və geri · 16:00–17:00 çay · 22:00 Bakı.
📅 Növbəti tarixlər: 10 yanvar 2027 · 7 fevral 2027
Siz sadəcə gəlin. Qalanını biz həll edirik
Bu turun bələdçisinin yazdıqları
Nə götürməli
- Bel çantası (20 L)
- İsti və sukeçirməz geyim
- Rahat və sukeçirməz ayaqqabı (boot)
- Tozluq
- Trekking çubuqları
- Baş fənəri
- Termogeyim
- Əlavə geyim
- Su qabı
- Yürüş üçün qida və su
Görüş nöqtəsi
06:30 · 20 Yanvar metrosu, Bravo hipermarketin qarşısı
Qiymətə daxildir
- Bakı–Quba–Bakı avtobus
- Quba–Qrız–Quba yolsuzluq maşını
- Səfər sığortası
- Çay süfrəsi
- Təbiət bələdçisi
Təşkilatçı haqqında
peaksandtrails.az
Tur şirkəti · Koordinator: Müşfiq Səmədli
Dağ bələdçisi Müşfiq Səmədlinin komandası: təbiət yürüşləri, kamp və zirvə yürüşləri. Müşfiq 2011-ci ildən dağçılıq və idman dırmanması ilə məşğuldur, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvüdür.