Heydər (3751 m) və Atatürk (3756 m) zirvələri
Tur haqqında
🧪 Nümunə elan: mətn peaksandtrails.az-ın Instagram postlarından hazırlanıb, bələdçi hələ təsdiqləməyib. Qiymət və tarixlər real deyil.
Qızılqaya massivinin üç əsas zirvəsindən ikisinə iki günlük yürüş. Zirvələr sərt, sıldırım qayalı dağın üzərindədir; yürüş massivin cənubundan, kluardan gedir. Texniki deyil — bütün yol yeriyərək qət edilir.
1-ci gün: Xınalıqdan dağ maşını ilə Atəşgahın yaxınlığına, oradan hər kəs öz yükü ilə 2.2 km piyada 2927 metrdəki düşərgəyə. Yükü at ilə daşıtmaq olar (əvvəlcədən bildirməklə). Axşam ərazidə aklimatizasiya gəzintisi.
2-ci gün: 2.9 km yolla Heydər zirvəsinə, oradan 900 metr sonra Atatürk zirvəsinə (fasilələrlə ən çox 6 saat). Yorulanlar Heydər zirvəsində gözləyə bilər. Geri eyni yolla, düşərgəni toplayıb qayıdırıq.
📅 Növbəti tarixlər: 26–27 iyun 2027 · 10–11 iyul 2027
Siz sadəcə gəlin. Qalanını biz həll edirik
Bu turun bələdçisinin yazdıqları
Görüş nöqtəsi
06:30 · Nərimanov metrosu, McDonald’s-ın qarşısı
Hava pis olsa
Hava dəyişərsə yürüş bir həftə sonraya keçirilə bilər.
Təşkilatçı haqqında
peaksandtrails.az
Tur şirkəti · Koordinator: Müşfiq Səmədli
Dağ bələdçisi Müşfiq Səmədlinin komandası: təbiət yürüşləri, kamp və zirvə yürüşləri. Müşfiq 2011-ci ildən dağçılıq və idman dırmanması ilə məşğuldur, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvüdür.