Hirkan meşəsində iki gün: Sımdan Bəndəsərə
Tur haqqında
🧪 Nümunə elan: mətn peaksandtrails.az-ın Instagram postlarından hazırlanıb, bələdçi hələ təsdiqləməyib. Qiymət və tarixlər real deyil.
Astaranın ucqar kəndləri arasında Hirkan meşəsi ilə iki günlük yürüş. Yol əsasən meşə cığırıdır, yol boyu mandarin, feyxoa və limon bağları görünür.
1-ci gün (6.5 km): Sım kəndində gəzinti və Yuxarı Şırhal şəlaləsi, sonra Siyov kəndinə yürüş. Siyovda kənd evində yerli təamlardan şam yeməyi, axşam tonqal ətrafında söhbət, gecə evdə.
2-ci gün (11 km): səhər yeməyindən sonra Bəndəsər kəndinə doğru yürüş, yolda nahar və qısa fasilələr. Tur Bəndəsərdə bitir. Çətinlik orta-çətin.
📅 Növbəti tarixlər: 31 oktyabr – 1 noyabr · 21–22 noyabr
Siz sadəcə gəlin. Qalanını biz həll edirik
Bu turun bələdçisinin yazdıqları
Nə götürməli
- Bel çantası (20–30 L)
- Sukeçirməz geyim
- Rahat və sukeçirməz ayaqqabı (boot)
- Yürüş çubuqları
- Baş fənəri
- Əlavə geyim
- Termos, qaşıq dəsti, salfet
- Yürüş üçün qida və su
Görüş nöqtəsi
06:30 · 20 Yanvar metrosu, Bravo hipermarketin qarşısı
Qiymətə daxildir
- Bakı–Sım və Bəndəsər–Bakı avtobus
- Kənd evində gecələmə
- Kənd evində şam yeməyi
- Kənd evində səhər yeməyi
- Təbiət bələdçisi
- Səfər sığortası
Təşkilatçı haqqında
peaksandtrails.az
Tur şirkəti · Koordinator: Müşfiq Səmədli
Dağ bələdçisi Müşfiq Səmədlinin komandası: təbiət yürüşləri, kamp və zirvə yürüşləri. Müşfiq 2011-ci ildən dağçılıq və idman dırmanması ilə məşğuldur, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvüdür.