Kəpəz (3066 m), Göygöl və Maralgöl
Tur haqqında
🧪 Nümunə elan: mətn peaksandtrails.az-ın Instagram postlarından hazırlanıb, bələdçi hələ təsdiqləməyib. Qiymət və tarixlər real deyil.
Kiçik Qafqazda iki gün: göllər və Kəpəz zirvəsi. Zirvədən Murov silsiləsinə, Qoşqar dağına və 1139-cu il zəlzələsində Kəpəzin uçqunundan yaranan göllərə mənzərə açılır.
1-ci gün: Göygöl və Maralgöl. Göygölün kənarına maşınla gedilir, Maralgölə 1 km-dən az yolla çatıb gölün ətrafında 2 km gəzirik — asan yürüşdür. Gecə Toğana kəndində kənd evində.
2-ci gün: səhər dağ maşınları ilə Kəpəzin ətəyinə, oradan 2.6 km (+694 m) zirvəyə (fasilələrlə ən çox 4 saat). Zirvədə foto və nahar, sonra eyni yolla geri.
📅 Növbəti tarixlər: 22–23 may 2027 · 19–20 iyun 2027
Marşrut
Siz sadəcə gəlin. Qalanını biz həll edirik
Bu turun bələdçisinin yazdıqları
Nə götürməli
- Bel çantası (30+ L)
- Su və külək keçirməz geyim (gore-tex)
- İsti və termal geyim
- Yağmurluq
- Sukeçirməz uzunboğaz çəkmə (boot)
- Gün eynəyi və günəş kremi
- Baş fənəri
- Yürüş çubuqları
- Termos
- Papaq və əlcək
- 2+ cüt corab
- Su qabı (1–2 L)
Görüş nöqtəsi
06:30 · Nərimanov metrosu, McDonald’s-ın qarşısı
Təşkilatçı haqqında
peaksandtrails.az
Tur şirkəti · Koordinator: Müşfiq Səmədli
Dağ bələdçisi Müşfiq Səmədlinin komandası: təbiət yürüşləri, kamp və zirvə yürüşləri. Müşfiq 2011-ci ildən dağçılıq və idman dırmanması ilə məşğuldur, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvüdür.