Tağlabiyandan Niyaldağa (2053 m) və Lahıca
Tur haqqında
🧪 Nümunə elan: mətn peaksandtrails.az-ın Instagram postlarından hazırlanıb, bələdçi hələ təsdiqləməyib. Qiymət və tarixlər real deyil.
Tağlabiyan kəndindən meşə və dağ cığırları ilə 2053 metrlik Niyaldağ zirvəsinə, oradan Lahıca doğru bir günlük yürüş. Yol boyu Zərnava və Mücü kəndləri görünür. Lahıcda çay içib yürüşü bitiririk.
Məsafə 11 km, çətinlik orta-çətin.
Proqram: 06:30 görüş · 07:00–10:30 Bakı–Tağlabiyan · 11:00–14:00 yürüş · 14:00–14:30 nahar fasiləsi · 14:30–17:00 Lahıca doğru · 18:00–21:00 Lahıc–Bakı. Vaxtlar qrupun sürətindən asılıdır.
📅 Növbəti tarixlər: 15 noyabr · 10 yanvar 2027
Marşrut
TağlabiyanLahıcbir istiqamətli marşrut
Siz sadəcə gəlin. Qalanını biz həll edirik
Bu turun bələdçisinin yazdıqları
Nə götürməli
- Bel çantası (20–35 L)
- Küləkkeçirməz və sukeçirməz geyim
- Təbiətdə gəzmək üçün rahat ayaqqabı (boot)
- Yürüş çubuqları
- Tozluq
- Əlavə geyim
- Termos, qaşıq dəsti, salfet
- Yürüş üçün qida və su
- Alın fənəri
Görüş nöqtəsi
06:30 · 20 Yanvar metrosu, Bravo hipermarketin qarşısı
Qiymətə daxildir
- Bakı–Tağlabiyan və Lahıc–Bakı avtobus
- Çay fasiləsi
- Təbiət bələdçisi
- Səfər sığortası
Təşkilatçı haqqında
peaksandtrails.az
Tur şirkəti · Koordinator: Müşfiq Səmədli
Dağ bələdçisi Müşfiq Səmədlinin komandası: təbiət yürüşləri, kamp və zirvə yürüşləri. Müşfiq 2011-ci ildən dağçılıq və idman dırmanması ilə məşğuldur, Azərbaycan Alpinizm Federasiyasının idarə heyətinin üzvüdür.